Netanyahu ilk dəfə Qətəri İTTİHAM ETDİ

Netanyahu ilk dəfə Qətəri  İTTİHAM ETDİ backend

İsrailin baş naziri Benyamin Netanyahu Dohada HƏMAS liderlərinə zərbələr endirdikdən sonra ilk dəfə Qətərin adını çəkərək, onun hakimiyyətini terrorçulara sığınacaq verməkdə ittiham edib.

Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, bu barədə rəsmi məlumatı Netanyahunun Ofisi yayıb.

"Mən Qətərə və terrorçulara sığınacaq verən bütün ölkələrə deyirəm: "Ya onları qovacaqsınız, ya da məhkəmə qarşısına çıxaracaqsınız. Çünki bunu siz etməsəniz, biz edəcəyik”, - deyə Netanyahu çıxışı zamanı bildirib.

QAZİLER.AZ