Nepalda həbsxanalardan qaçan məhbusların sayı ARTDI

Nepalda həbsxanalardan qaçan məhbusların sayı  ARTDI backend

Nepalda etirazlar zamanı 13500-dən çox məhbus həbsxanalardan qaçıb.

Qaziler.az xəbər verir ki, bu barədə Nepal polisinin sözçüsü və baş müfəttiş Binoda Qimirə istinadən “Khabarhub” məlumat yayıb.

Onun sözlərinə görə, ölkədə ümumilikdə 13 572 məhbus cəzaçəkmə müəssisələrindən qaçıb. Bundan başqa, müxtəlif işlərlə bağlı istintaq çərçivəsində saxlanılan 560 məhbus da qaçıb.

"Bu qaçışlar sentyabrın 9-da “Z” nəslinin etirazçıları tərəfindən nümayişlər, vandalizm və yanğınlar nəticəsində yaranan xaos fonunda baş verib", - deyə Qimirə bildirib.

Nepalda “Zumer inqilabı” adlanan hadisə davam edir. Sentyabrın 4-də hökumət qeydiyyatdan keçməmiş sosial şəbəkə və messencerlərin fəaliyyətinə qadağa qoyub. Ölkədə “YouTube”, “X”, “Facebook” və “İnstagram” kimi sosial medialar bloklanıb. Qərardan bir neçə gün sonra keçirilən mitinqlər kütləvi iğtişaşlara çevrilib.

QAZİLER.AZ