Fransada kütləvi etirazlar zamanı saxlanılanların sayı 327 nəfərə çatıb.
Qaziler.az bildirir ki, bu barədə BFMTV ölkənin Daxili İşlər Nazirliyinin məlumatlarına istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, həbslər sentyabrın 10-u səhər saatlarından Fransanın müxtəlif bölgələrində həyata keçirilib. Etirazçıların dəqiq sayı barədə məlumat verilmir.
Sentyabrın 8-də Fransanın baş naziri Fransua Bayru hökuməti deputatların ona etimad göstərməməsindən sonra istefa verib.
Bu arada, Parisdə etirazçılar hökumətin təklif etdiyi qənaət tədbirlərinə etiraz olaraq “Hər şeyi bloklayın” kütləvi hərəkatı keçirərək, küçələri bağlayır və tonqal yandırırlar.
Kütləvi etirazlarda 100 min insan iştirak edir. Vətəndaşların narazılığına səbəb ölkənin 2026-cı il büdcəsi haqqında qanun layihəsi olub. Hökumət əvvəllər nəzərdə tutulan 40 milyard avro əvəzinə 43,8 milyard avro qənaət etmək niyyətində olacağını açıqlayıb. Hökumətin planına görə, pensiya və sosial ödənişlər indeksləşdirilməyəcək, Müdafiə Nazirliyindən başqa heç bir idarənin büdcəsi artmayacaq.
QAZİLER.AZ