Yəmənin “Əl-Yəmən” və “26 Sentyabr” qəzetlərinin ofisləri İsrailin hava hücumlarına məruz qalıb.
Qaziler.az bildirir ki, bu barədə husilərin sözçüsü Yəhya Saria bildirib. Onun sözlərinə görə, hücum zamanı redaksiyada olan jurnalistlər və yoldan keçən şəxslər ölüb, yaralananlar var.
“Düşmənin hücumlarının yalnız mülki hədəflərə, “26 sentyabr” və “Əl-Yəmən” qəzetlərinin ofislərinə yönəldiyini təsdiq edirik”, - bəyanatda deyilir.
QAZİLER.AZ