“Oracle” proqram təminatı şirkətinin həmtəsisçisi Larri Ellison dünyanın ən varlı adamları reytinqinə başçılıq edib.
Qaziler.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Qeyd olunub ki, o, “Tesla” və “SpaceX”in qurucusu İlon Maskı ən yüksək yerdən aşağı endirib. Ellisonun sərvətinin sürətlə artmasının səbəbi onun şirkətinin səhmlərinin yüksəlməsi ilə bağlı olub.
Agentliyin məlumatına görə, Ellisonun şəxsi sərvəti hazırda 393 milyard dollar təşkil edir ki, bu da ona kapitalı 385 milyard dollar dəyərində qiymətləndirilən Maskı ötməyə imkan verib. Belə kəskin yüksəlmənin səbəbi Ellisonun sərvətinin bir gün ərzində görünməmiş şəkildə 101 milyard dollar artması olub.
İlon Mask bir ilə yaxındır ki, bu siyahıda birinci yerdədir. 2021-ci ildən o, artıq zirvəyə yüksəlib, lakin vaxtaşırı onu “Amazon”un qurucusu Bezos və LVMH-nin rəhbəri Bernard Arnaulta uduzub. Hazırda Bezos dördüncü, Arnault isə səkkizinci yerdədir.
QAZİLER.AZ