İsrail Müdafiə Ordusu (IDF) Yəmənin paytaxtı Sənaya aviazərbə endirib.
"Report" xəbər verir ki, bu barədə Yaxın Şərq KİV-i məlumat yayıb.
Bildirilib ki, zərbə husilərin mövqelərinə, həmçinin onların silah-sursat anbarlarına endirilib.
KİV qeyd edib ki, İsrail Hərbi Hava Qüvvələri Səna şəhərindən şimal-qərbdə yerləşən Amran əyalətinə də zərbə endirib.