Nepalda 8 minə yaxın məhbus həbsxanalardan qaçıb

Nepalda 8 minə yaxın məhbus həbsxanalardan qaçıb backend

"Z" nəslinin etirazlarının artması nəticəsində Nepal boyunca müxtəlif həbsxanalardan ümumilikdə 7 557 məhbus qaçıb.

"Report" xəbər verir ki, bu barədə "Myrepublica" Nepalın Daxili İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, cinayətkarların axtarışı üçün ölkə boyu hüquq-mühafizə orqanları və hərbi bölmələr səfərbər edilib. Hakimiyyət vətəndaşları sayıq olmağa və hər hansı şübhəli vəziyyət barədə məlumat verməyə çağırıb.