Nepalda keçmiş baş nazirin qızının evində yanmış cəsədin tapıldığı bildirilir

Nepalda keçmiş baş nazirin qızının evində yanmış cəsədin tapıldığı bildirilir backend

Nepalın keçmiş baş nazirinin qızının evindən yanmış cəsəd tapılıb

Nepalda hökumət əleyhinə etirazlar zamanı keçmiş baş nazir Puşpa Kamal Dahalın (Praçanda) qızının yanmış evində meyit tapılıb.

Qaziler.az bildirir ki, bu barədə sentyabrın 10-da “Khabarhub” portalı məlumat yayıb.

“Keçmiş baş nazir Puşpa Kamal Dəhalın qızı Qanqa Dahalın evində yanmış cəsəd tapılıb”, - nəşr qeyd edir.

Portal kimin meyitinin tapıldığını dəqiqləşdirmir.

Sentyabrın 8-də Nepal hakimiyyəti müəyyən edilmiş müddətdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində qeydiyyatdan keçməyən bir sıra iri sosial şəbəkələrə qadağa qoyub. Bu, kütləvi etirazlara səbəb olub və iğtişaşlar nəticəsində qurbanların sayı 500 nəfərə çatıb.

QAZİLER.AZ