Türkiyə Konqo Demokratik Respublikasına başsağlığı verdi

Türkiyə Konqo Demokratik Respublikasına başsağlığı verdi backend

Türkiyə Konqo Demokratik Respublikasının (KDR) Şimali Kivu əyalətində İŞİD-a-a bağlı  Demokratik İttifaq Qüvvələrinin (ADQ) həyata keçirdiyi terror aktı nəticəsində həyatını itirənlərin ailələrinə və KDR xalqına başsağlığı verib.

Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat yayıb.

Türkiyə Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada, İŞİD-ə bağlı DİQ-in Şimali Kivu vilayətində törətdiyi terror aktı nəticəsində çox sayda insanın həlak olmasından dərin kədər ifadə olunub.

Bəyanatda həlak olanların ailələrinə və Konqo Demokratik Respublikası (KDR) xalqına başsağlığı verilib.

Verilən məlumata görə, ötən gün Şimali Kivu bölgəsinin Ntoyo kəndində dəfn mərasimi zamanı törədilən terror aktı nəticəsində 80 mülki şəxs həlak olub, bir çox insan isə təşkilat tərəfindən qaçırılıb.

Keçən ay Şimali Kivu əyalətində DİQ üzvlərinin hücumları nəticəsində 52 mülki şəxs həlak olub.

QAZİLER.AZ