Lavrov Qərbə cavab verdi

Lavrov Qərbə cavab verdi backend

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvaya qarşı mümkün yeni sanksiyalarla bağlı ABŞ dövlət katibi Con Kerri və digər Avropa rəsmilərinin bəyanatlarına münasibət bildirib.

O deyib ki, bu cür bəyanatlarda məqsəd diqqəti atəşkəs və Ukraynanın şərqində sülhə nail olmaqla bağlı Minsk razılaşmasının həyata keçirilməsinə yönəlmiş cəhdlərdən yayındırmaqdır: "Bu, ABŞ və Avropa İttifaqının Minsk razılaşmasının həyata keçirilməsi istəyində olmamalarından xəbər verir."

Xatırladaq ki, Con Kerri və digər Avropanın rəsmi şəxsləri Moskva və rusiyapərəst separatçıları atəşkəs rejimini pozmaqda günahlandırır. Fevralın 12-də Minskdə əldə edilmiş razılaşmaya əsasən, tərəflər fevralın 15-də atəşkəs elan etməli, 2 gündən sonra isə ağır silahları cəbhə xəttindən çıxarmalı idilər. Lakin separatçılar bundan sonra Ukraynanın şərqindəki Debaltseve şəhərini ələ keçiriblər.
Diaspora