ABŞ prezidenti Donald Tramp və ticarət naziri Hovard Lutnik “iPhone” telefonlarının xaricdə istehsalından narazıdırlar.
Qaziler.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
"Bu qeyri-real tələbin, analitiklərin fikrincə, həyata keçirilməsi illər çəkəcək və “iPhone”un hazırkı orta qiymətini iki və ya üç dəfə artıracaq ki, bu da təxminən 1000 dollar təşkil edir", - hesabatda deyilir.
Nəşr yazır ki, “Apple” şirkətinin baş direktoru Tim Kuk qarşıdakı dörd il ərzində ABŞ-yə 500 milyard dollar sərmayə qoyacağını və Trampa 24 karatlıq qızıl postamentli heykəl hədiyyə edəcəyini vəd edərək Amerika liderini sakitləşdirməyə çalışıb.
Jurnalistlərin fikrincə, bu cür danışıqlar şirkətə Trampın tariflərindən qorunmağa kömək edib, lakin ABŞ-a idxal edilən “iPhone”lar hələ də təxminən 25% tariflərə tabedir. Bu da yaxın 5 ildə məhsulun qiymətinin artacağı ilə bağlı söz-söhbətlərə əsas verir.
QAZİLER.AZ