Parisdə məscidlərin yaxınlığında donuz başları tapılıb

Parisdə məscidlərin yaxınlığında donuz başları tapılıb backend

Parisdə bir neçə məscidin yaxınlığında kəsilmiş donuz başları tapılıb. Başların birində mavi rəngdə "Makron" yazısı tapılıb.

Qaziler.az xəbər verir ki, bu haqda Fransanın “L'Humanite” nəşri məlumat yayıb.

Paris və şəhərətrafı qəsəbələrdəki məscidlərə namaz qılmağa gələn bəzi dindarlar binaların ıtrafında donuz başları tapıblar. Bu təxribat paytaxtın bir sıra rayonlarındakı məscidlərə edilib. Tapılan donuz başlarından birində göy rəngli “Makron” yazılıb”, - məqalədə deyilir.

Nəşrin məlumatına görə, əsas hadisələr Parisin 15, 18 və 20-ci rayonlarında baş verib. Paris prokurorluğu Marey küçəsindəki məscidin qarşısında və 18-ci rayonda çamadanda heyvan cəsədlərinin tapılmasını təsdiqləyib. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.

QAZİLER.AZ