Polşa Belarusla sərhədi tamamilə bağlayacaq

Polşa Belarusla sərhədi tamamilə  bağlayacaq backend

Polşa hökuməti Belarus və Rusiya arasında keçirilən “Qərb-2025” təlimləri ilə əlaqədar Belarusla sərhəddəki sərhəd-keçid məntəqələrini bağlamaq qərarına gəlib.

Qaziler.az TVP İnfo-ya istinadla xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk bildirib. Onun sözlərinə görə, sərhəd sentyabrın 12-nə keçən gecə bağlı olacaq.

Biz cümə axşamından cümə gününə keçən gecə “Qərb-2025” təlimləri ilə əlaqədar Belarusla sərhədi, o cümlədən dəmir yolu üzərindəki sərhəd keçidini bağlayacağıq”, - deyə o vurğulayıb.

QAZİLER.AZ