Nepalda etirazçılar keçmiş reperi Baş nazir təyin etmək istəyirlər

Nepalda etirazçılar keçmiş reperi Baş nazir təyin etmək istəyirlər backend

Nepalda etirazçılar Katmandu meri Balendra Şahın Baş nazir səlahiyyətlərini icra etməsini istəyiblər.

Qaziler.az xəbər verir ki, bu barədə “India Today” məlumat yayıb.

Etirazçıların irəli sürdüyü namizəd ölkədə reper, şair və bəstəkar kimi tanınır.

“Biz - gənclər Balendra Şahın baş nazir səlahiyyətlərini icra etməsini istəyirik”, - bəyanatda qeyd edilib.

Balendra Şah Nepalda 2010-cu illərin əvvəllərində rep döyüşlərində və musiqi layihələrində iştirak edərək geniş populyarlıq qazanıb.  Daha sonra o, inşaat mühəndisliyi ixtisası üzrə məzun və bacarıqlarını siyasətdə uğurla tətbiq edərək 2022-ci ildə Katmandu şəhərinin meri olub.

Nepalın baş naziri Khadqa Prasad Sharma Oli və digər nazirlər ən azı 19 nəfərin ölümünə səbəb olan sosial medianın bloklanmasına qarşı kütləvi etirazlar fonunda istefa veriblər. Siyasətçilər vertolyotla hökumətin əsas inzibati binasındakı mənzillərindən təhlükəsiz yerlərə aparılıblar.

Qeyd edək ki, Nepalda kütləvi etirazlara səbəb hakimiyyətin qeydiyyatdan keçməmiş sosial şəbəkə və messencerlərin fəaliyyətini məhdudlaşdırmaq qərarı olub. Ölkədə “YouTube”, “X” sosial şəbəkəsi, həmçinin “Facebook” və “Instagram” bloklanıb.

QAZİLER.AZ