Qətərin Baş naziri HƏMAS-a təzyiq göstərib

Qətərin Baş naziri HƏMAS-a təzyiq göstərib backend

Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani sentyabrın 8-də Fələstinin HƏMAS hərəkatının liderləri ilə görüşündə onların Qəzza zolağında münaqişənin həlli ilə bağlı ABŞ-nin son təklifini qəbul etmələrində israr edib.

Bu barədə "Reuters" agentliyinə adı açıqlanmayan Qətər rəsmisi bildirib.

"Qətərin baş naziri təkid edib ki, HƏMAS Qəzzada atəşkəs və girovların azad olunması ilə bağlı ABŞ-nin vasitəçilərlə ötürülən son təklifinə müsbət cavab versin", - agentliyin mənbəyi bildirib.