2025-ci il oktyabrın 1-dən Polşada Ukrayna sürücülük vəsiqəsi olan sürücülər üçün qaydalar dəyişəcək.
Qaziler.az bu barədə “RT”yə istinadla xəbər verir.
Nəşr qeyd edir ki, oktyabr ayından başlayaraq ölkədə 180 gündən çox qalan ukraynalılar sürücülük vəsiqələrini dəyişməlidirlər. Əgər bunu etməsələr, onları 2 min zloti (təxminən 932 azn) cərimə gözləyir.
Avqustun 25-də məlum olub ki, Polşa işsiz ukraynalı qaçqınlara müavinətlər ödəməyi və pulsuz tibbi xidmət göstərməyi dayandıracaq. Prezident Karol Navroçki müvafiq qanuna veto qoyub.
QAZİLER.AZ