ABŞ Avropa ölkələrinə üçüncü ölkələrdən gələn dezinformasiya ilə mübarizə üzrə Avropa ölkələri ilə anlaşma memorandumlarına son verdiyi barədə xəbərdarlıq edib.
Qaziler.az bu barədə “Financial Times”ə istinadla xəbər verir.
“Avropa ölkələri Dövlət Departamentindən bildiriş alıblar ki, ABŞ Bayden administrasiyası dövründə imzalanmış anlaşma memorandumlarını ləğv edir”, – nəşr yazır.
Bildirilib ki, memorandum xarici hökumətlər tərəfindən yayılan zərərli məlumatların aşkarlanması və ifşası üçün vahid yanaşma yaratmaq məqsədi daşıyıb.
QAZİLER.AZ