UNICEF: Əfqanıstanda zəlzələdən ən çox uşaqlar zərər çəkib

UNICEF: Əfqanıstanda zəlzələdən ən çox uşaqlar zərər çəkib backend

Əfqanıstanın şərqindəki Hindukuş dağlarında baş verən zəlzələ nəticəsində yarıdan çoxu uşaqlar olmaqla 500 minə yaxın insan zərər çəkib.

Qaziler.az xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondu (UNICEF) bildirib.

"500 min insan zəlzələdən zərər çəkib, onlardan 263 mini uşaqdır", - fondun açıqlamasında deyilir.

Qurumlararası sürətli qiymətləndirmənin nəticələrinə görə, Əfqanıstanın 30 icmasında təxminən 20 000 azyaşlı, 10 000-dən çox qız və 9 400-ə yaxın oğlan zərər çəkib.

UNICEF vurğulayıb ki, rəqəmlər fəlakətin uşaqlara qeyri-mütənasib təsirini nümayiş etdirir. Fond zərərçəkmiş azyaşlılara təcili yardım göstərməyə çağırıb.

Əfqanıstanda avqustun 31-dən indiyədək 3 zəlzələ baş verib. Avqustun 31-də baş vermiş zəlzələ nəticəsində 2180 nəfər xəsarət alıb, 1368 nəfər ölüb. Ümumilikdə təbii fəlakətdən 25 kəndin sakinləri zərər çəkib.

QAZİLER.AZ