Almaniya kansleri Fridrix Merts Berlində keçirilən səfirlərin konfransında deyib ki, Ukraynaya dəstək zərurəti daha uzun müddət davam edə bilər.
Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, onun bəyanatı Almaniya Xarici İşlər Nazirliyinin “YouTube” kanalında dərc olunub.
"Bu faktdır ki, biz ondan nəticə çıxarmalıyıq və artıq çıxarmışıq: Avropada sülh naminə Ukraynanı dəstəkləmək, ona yardım göstərmək. Bu, çox uzun müddət davam edə bilər", - o deyib.
Merts həmçinin iddia edib ki, Rusiya Federasiyası Şimal və Baltik dənizlərində Almaniyanın infrastrukturuna hücum edir və onların intensivliyi artmaqdadır.
QAZİLER.AZ