Rusiyanın iki xüsusi təyinatlısı Suriyada öldürülüb

Rusiyanın iki xüsusi təyinatlısı Suriyada öldürülüb backend

Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin 2 əsgəri Suriyada hərbi əməliyyatlar zamanı öldürülüb.

Axar.az xəbər verir ki, bu barədə Almaniyanın “Şpigel” (Der Spiegel) jurnalı yazıb.

Məlumata görə, öldürülən hərbçilər noyabrın 12-də Rostov Donda dəfn olunub.

Jurnal Rusiya mətbuatının bu barədə bir cümlə belə yazmadığını qeyd edib.

Bildirək ki, daha öncə Rusiya hərbçiləri Latakiyadakı (Suriya) aviabazadan kənarda, quru döyüşlərinin getdiyi bölgələrdə görünmüşdü.