Braziliya prezidenti Ukraynadakı müharibənin həlli üçün "şərtlər"i açıqlayıb

Braziliya prezidenti Ukraynadakı müharibənin həlli üçün "şərtlər"i açıqlayıb backend

Ukrayna məsələsini həll edərkən, təhlükəsizlik sahəsində münaqişənin bütün iştirakçılarının haqlı narahatlıqlarını nəzərə almaq lazımdır.

Qaziler.az bildirir ki, bunu sentyabrın 8-də BRİKS sammitində Braziliya prezidenti Luis İnasiu Lula da Silva deyib.

"Ukraynadakı münaqişənin həlli onun bütün iştirakçılarının təhlükəsizlik sahəsində haqlı narahatlıqlarını mütləq nəzərə almalıdır", - TASS yazır.

Prezidentin sözlərinə görə, Alyaskada keçirilən ABŞ-Rusiya sammiti Ukraynadakı münaqişənin həlli istiqamətində atılan addım idi. Lula da Silva qeyd edib ki, Braziliya və Çin tərəfindən yaradılan “Sülh Dostları” qrupu münaqişənin diplomatik yollarla həllinə töhfə verə bilər.

Sammit zamanı Çin sədri Si Cinpin Braziliya liderinin bəyanatını dəstəkləyib və əlavə edib ki, o, Ukrayna məsələsində də öz mövqeyini bölüşür. Bundan əlavə, Lula da Silva vurğulayıb ki, ikinci dərəcəli sanksiyaların tətbiqi ölkələr arasında ticarət əlaqələrinin gücləndirilməsi imkanlarını məhdudlaşdırır.

QAZİLER.AZ