İsrail XİN Qəzzada atəşkəs təklifini qəbul etdiklərini bəyan edib

İsrail XİN Qəzzada atəşkəs təklifini qəbul etdiklərini bəyan edib backend

İsrail ABŞ Prezidenti Donald Trampın irəli sürdüyü Qəzzada atəşkəs təklifini qəbul edib.

"Report"un "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə bazar ertəsi İsrail xarici işlər naziri Gideon Saar Budapeştdə macarıstanlı həmkarı Peter Siyarto ilə birgə mətbuat konfransında çıxışı zamanı bildirib.

G.Saar qeyd edib ki, İsrail girovların azad edilməsini və HƏMAS-ın tərkisilah edilməsini nəzərdə tutan müharibənin başa çatması haqqında sazişi qəbul etməyə hazırdır.

KİV-lər bildirir ki, indi təklif nəzərdə tutur ki, İsrail əvvəlcə "müharibənin başa çatması" üçün altı aylıq prosesin başlanğıcını elan edəcək. Daha əvvəl Netanyahu bütün şərtlər yerinə yetirilənə qədər buna qəti şəkildə razılaşmırdı, bu şərtlər arasında HƏMAS-ın tam tərkisilah edilməsi, bütün girovların dərhal azad edilməsi və Qəzza zolağında alternativ hökumətin yaradılması var idi.