Çinin Quandun əyalətində "Tapa" qasırğası səbəbindən 41 min insan təxliyə edilib.
Qaziler.az bildirir ki,bu barədə avqustun 8-də "Sinxua" agentliyi bildirib.
"Tayşan şəhərində təxminən 120 000 şagirdin təhsil aldığı 182 məktəb və uşaq bağçasında dərslər dayandırılıb. Bundan əlavə, Jiangmen şəhəri üzrə ümumilikdə 41 mindən çox insan təhlükəli ərazilərdən təxliyə edilib", - agentlik öz Telegram kanalında yazıb.
Tayfunun episentrində küləyin maksimal sürətinin 30 m/s olduğu qeyd edilir.
QAZİLER.AZ