Helsinkinin təşəbbüsü ilə Rusiya ilə Finlandiya arasında qarşılıqlı faydalı münasibətlər tamamilə məhv edilib.
Qaziler.az bildirir ki, bu barədə sentyabrın 8-də Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev məlumat verib.
"Keçən həftə mən Leninqrad vilayətində Rusiyanın Finlandiya ilə sərhədində oldum. Bu ərazilərin hakimiyyət orqanlarının rəhbərliyi və bizim sərhədçilər ilə danışdım. Helsinkinin təşəbbüsü ilə onilliklər ərzində qurulmuş normal qarşılıqlı faydalı əlaqələr tamamilə məhv edilib", - Medvedev TASS-a köşə yazısında qeyd edib.
O, bu dəyişikliklərin ilk növbədə Finlandiyanın sadə vətəndaşlarına aid olduğunu vurğulayıb. Onun sözlərinə görə, onlar Rusiya ilə ikitərəfli ticarət-iqtisadi əlaqələrin inkişafından ciddi fayda əldə ediblər və indi öz hakimiyyətlərinin siyasətindən narazılıqlarını bildirirlər ki, bu da açıq şəkildə onların maraqlarına uyğun gəlmir.
QAZİLER.AZ