İstanbulda insanların bir yerə toplaşaraq mitinq keçirməsi qadağan edilib, qanunsuz toplaşmalara qarşı polis barrikada qurub.
Bu barədə İstanbul valiliyi açıqlama yayıb.
Belə ki, Beşiktaş, Beyoğlu, Eyüpsultan, Kağıthane, Sarıyer və Şişli rayonlarında hər cür mitinq, mətbuat açıqlaması, yürüş və oxşar tədbirləri 10 sentyabra qədər qadağan edib.
İstanbulda mitinqlərin qadağan edilməsindən sonra Cumhuriyyət Xalq Partiyasının (CHP) İstanbul Vilayət Təşkilatının qarşısında asayişin qorunması üçün polis qüvvələri cəlb edilib.
Qeyd edək ki, qadağaların səbəbi kimi müxalif CHP-nin mitinq çağırışları göstərilir. İstanbul Valisi Davut Gül açıqlamasında bu cür çağırışların ictimai asayişə zərər verdiyini vurğulayıb.
APA