Səudiyyə Ərəbistanı Yəmənə zərbə endirib - KİV

Səudiyyə Ərəbistanı Yəmənə zərbə endirib - KİV backend

Səudiyyə Ərəbistanı ordusu Yəmən ərazisinə zərbə endirib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Yəmənin "Əl-Masirah" telekanalı məlumat yayıb.

Qeyd olunur ki, Səudiyyə Ərəbistanı artilleriyasının hücumu Yəmənin Səada əyalətində yerləşən Razeh və Qamr adlı iki sərhəd bölgəsinə həyata keçirilib.

Hücumun təfərrüatı barədə məlumat verilməyib.