Böyük Britaniyaya yeni XİN naziri təyin edildi

Böyük Britaniyaya yeni XİN naziri təyin edildi backend

Böyük Britaniyanın Baş naziri Kir Starmer hökumətdə əsaslı kadr dəyişikliyi edib.

Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, keçmiş daxili işlər naziri İvett Kuper Xarici İşlər Nazirliyinə rəhbər təyin edilib.

56 yaşlı Kuper Baş nazirin müavini və ədliyyə naziri təyin edilən Devid Lammini əvəzləyib. Boş qalan daxili işlər naziri vəzifəsini əvvəllər Ədliyyə Nazirliyinə rəhbərlik etmiş Şabana Mahmud tutub.

Qeyd edək ki, “The Guardian” nəşrinin jurnalisti Pippa Krerar Kuperin Böyük Britaniyanın xarici işlər naziri təyin ediləcəyini proqnoz vermişdi.

Devid Lammi 5 iyul 2024-cü ildə Böyük Britaniyanın Xarici İşlər Naziri təyin edilib. Ondan əvvəl bu vəzifəni Devid Kemeron tutub.

QAZİLER.AZ