ABŞ Venesueladakı "narkoterror təşkilatlarına" zərbə vurmaq üçün Puerto-Rikodakı bazaya 10 ədəd F-35 yerləşdirəcək.
Qaziler.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Qırıcıların gələn həftənin sonuna kimi bazaya çatacağı dəqiqləşib.
Bundan əvvəl Pentaqon rəhbəri Pit Heqset Venesuelada "rejim dəyişikliyi" ilə bağlı yekun qərarı ABŞ prezidenti Donald Trampın verəcəyini bildirib.
Sentyabrın 3-də Tramp ABŞ ordusunun beynəlxalq sularda Venesuelanın “Tren de Aragu” narkoterrorçularının 11 üzvünü məhv etdiyini bildirib.
QAZİLER.AZ