Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Leninqrad vilayətinin Svetloqorsk şəhərində Finlandiya ilə sərhəddə yerləşən keçid məntəqəsinə baş çəkib.
Qaziler.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Biz sərhədə baxdıq. Səssizcə, sakitcə. Heç kim heç yerə getmir. Bu, bizim qərarımız deyil. Amma bundan sonra nə olacağını görəcəyik", - Medvedev bildirib.
Onun sözlərinə görə, Moskva Finlandiyanın NATO-ya daxil olması ilə əlaqədar Helsinki ilə dəyişmiş münasibətləri nəzərə alıb və nəzərə alır.
Medvedev qeyd edib ki, Finlandiya Rusiya sərhədləri yaxınlığında hərbi qüvvələri yerləşdirmək üçün əlverişli infrastruktur qurur və Moskva buna uyğun cavab verməlidir: dövlət sərhədinin mühafizəsinin etibarlılığını artırmalı, istehkamlar quraşdırmalıdır.
QAZİLER.AZ