Trampın gizli şəkildə KXDR-ə casus göndərdiyi məlum olub

Trampın gizli şəkildə KXDR-ə casus göndərdiyi məlum olub backend

ABŞ 2019-cu ildə o vaxt ölkəyə rəhbərlik edən Donald Trampın göstərişi ilə KXDR-də kəşfiyyat əməliyyatı həyata keçirib.

Qaziler.az xəbər verir ki, bu barədə “New York Times” mənbələrə istinadən yazır. Nəşrin məlumatına görə, Konqresə missiya başlamazdan əvvəl və ya bitdikdən sonra xəbər verilməyib.

2019-cu il əməliyyatı ABŞ və Şimali Koreya tərəfindən heç vaxt açıq şəkildə tanınmayıb və hətta xatırlanmayıb. Nəşr bildirir ki, Tramp administrasiyası missiyadan əvvəl və ya sonra kəşfiyyat əməliyyatlarına nəzarət edən əsas Konqres üzvlərini xəbərdar etməyib və bununla da qanunu poza bilər.

Mənbələr iddia edir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları Vaşinqton və Pxenyan arasında aparılan danışıqlar zamanı ölkə lideri Kim Çen Inın rabitəsinə müdaxilə etmək üçün KXDR-də avadanlıq quraşdırmağa cəhd edib. Lakin eniş zamanı amerikalılar sahildə üzən qayıq tərəfindən aşkar edilib.  

QAZİLER.AZ