Qəzzada atəşkəs üçün 5 ŞƏRT sadalandı

Qəzzada atəşkəs üçün 5 ŞƏRT sadalandı backend

İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi Qəzza zolağında dərhal atəşkəs əldə etmək üçün beş şərt açıqlayıb.

Qaziler.az xəbər verir ki, bu barədə yəhudi dövləti başçısının ofisinin müşaviri Dmitri Qendelman öz “Telegram” kanalında məlumat verib.

Onun sözlərinə görə, Təl-Əviv bütün girovların azad edilməsini, HƏMAS-ın tərksilah edilməsini, Qəzza zolağının demilitarizasiyasını, İsrailin orada nəzarəti təmin etməsini və alternativ mülki hökumətin formalaşdırılmasını tələb edir.

“Müharibə dərhal başa çata bilər, ancaq Nazirlər Kabinetinin təsdiq etdiyi şərtlərlə... Yalnız bu şərtlərin yerinə yetirilməsi HƏMAS-ın gücünü bərpa edə bilməyəcəyinə və liderlərinin açıq şəkildə bəyan etdiyi 7 oktyabr qətliamını təkrarlaya bilməyəcəyinə zəmanət verəcək”, - Qendelman yazıb.

QAZİLER.AZ