İsrail Müdafiə Qüvvələri Qəzza şəhərində “Gideonun arabaları – 2” əməliyyatına hazırlıq məqsədilə ehtiyatdan 60 min əsgər çağırıb və 20 min əsgərin xidmət müddətini uzadıb.
Qaziler.az bu barədə “Nyus.ru”ya istinadla xəbər verir.
Qeyd olunub ki, qərar ştat səviyyəsində müzakirədən sonra qəbul edilib və müdafiə naziri İsrael Katz tərəfindən təsdiqlənib.
Ehtiyatlardan çağırış “Gideonun arabaları – 2” əməliyyatının növbəti mərhələsinə hazırlıq məqsədilə təsdiq edilib. Bu səhər 60 minə yaxın ehtiyat hərbçiyə çağırış göndərilib. Bundan əlavə, artıq hərbi xidmətə çağırılmış 20 min hərbçi xidmət müddətinin uzadılması barədə bildiriş alıb”, - deyə məlumatda bildirilib.
QAZİLER.AZ