"Ukrayna Slovakiyaya Rusiya mənşəli neft və qaz tədarük etməyəcək".
Qaziler.az-ın məlumatına görə, Ukraynanın “Strana.ua” nəşri xəbər verir ki, bu barədə ölkə prezidenti Volodimir Zelenski Ujqorodda Slovakiyanın baş naziri Robert Fitso ilə görüşündən sonra mətbuat konfransı zamanı bildirib. Onun sözlərinə görə, bu məsələ siyasətçilər arasında birbaşa müzakirə edilib.
“Slovakiya Respublikasının Baş naziri cənab Fitso ilə enerji haqqında danışdıq. Biz Slovakiyaya qaz və neft verməyə hazırıq, əgər bu, Rusiya qazı və Rusiya nefti deyilsə. Bu qədər, nöqtə”, - deyə Zelenski vurğulayıb.
Qeyd edək ki, sentyabrın 5-də Ukrayna Prezidenti Volodimir Zelenski və Slovakiya Baş naziri Robert Fitso Ukraynanın qərbində, Ujqorod şəhərində görüşüblər.
QAZİLER.AZ