Starmer Böyük Britaniya hökumətində ciddi dəyişikliklər edəcək

Starmer Böyük Britaniya hökumətində ciddi dəyişikliklər edəcək backend

Böyük Britaniyanın Baş naziri Kir Starmer hökumətində böyük kadr dəyişiklikləri planlaşdırır.

Qaziler.az xəbər verir ki, bu barədə “The Guardian”ın jurnalisti Pippa Krerar “X” sosial şəbəkəsində yazıb. O bildirib ki, hökumətdəki mənbələrdən alınan məlumata görə, xarici işlər naziri Devid Lammi tutduğu vəzifədən azad ediləcək.

Jurnalistin sözlərinə görə, Xarici İşlər Nazirliyinin rəhbəri postuna hazırkı daxili işlər naziri İvett Kuper təyin olunacaq. Daxili İşlər Nazirliyinin rəhbəri vəzifəsini isə hazırda Ədliyyə Nazirliyinə rəhbərlik edən Şabana Mahmud tutacaq.

Eyni zamanda, “Sky News” Devid Lamminin gələcəyi ilə bağlı alternativ məlumat da verib. Belə ki, keçmiş xarici işlər naziri Ədliyyə Nazirliyinə rəhbər, eyni zamanda baş nazirin müavini postunu təyin oluna bilər.

Kadr dəyişiklikləri Ancela Reynerin Böyük Britaniyanın Baş nazirinin müavini vəzifəsindən istefa verməsi fonunda baş verib. Sentyabrın 5-i onun vergidən yayınma qalmaqalından sonra könüllü istefa verdiyi açıqlanıb.

QAZİLER.AZ