İrlandiyalı qarışıq döyüş ustası və keçmiş UFC çempionu Konor Makqreqor İrlandiya prezidentliyinə namizədliyini irəli sürmək niyyətində olduğunu açıqlayıb.
Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, o, bu barədə sentyabrın 4-də özünün İnstaqram səhifəsində məlumat verib.
"Prezident kimi mən heç bir qanun layihəsini ilk dəfə xalqın müzakirəsinə təqdim edənə qədər imzalamayacağam! Əgər mənim adımı prezident seçki bülletenində görmək istəyirsinizsə, sizi bu gün yerli millət vəkillərinizlə əlaqə saxlamağa və mənim namizədliyimi irəli sürmələrini xahiş etməyə çağırıram", - deyə Makqreqor bildirib.
İrlandiyada prezident seçkiləri 2025-ci il noyabrın 11-nə təyin edilib, Gazeta.Ru dəqiqləşdirib.
QAZİLER.AZ