Almaniyanın paytaxtı Berlində avtomobilin aralarında 7 və 8 yaşlı şagirdlərin də olduğu 15 nəfərlik qrupa çırpılması nəticəsində biri ağır olmaqla 4 nəfər yaralanıb.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, hadisə günorta saatlarında See küçəsində bir nəfərin aralarında 7 və 8 yaşlı uşaqlar da daxil olmaqla 15 nəfərdən ibarət qrupa girməsi nəticəsində baş verib.
İlkin məlumata görə, azı üç şagird yüngül, onların müəllimi isə ağır xəsarətlər alıb.
Yaralılar xəstəxanaya çatdırılıb, polis hadisə yerində ifadə verən sürücünü saxlayıb.
Hadisənin bədbəxt hadisə və ya qəsdən törədilməsi ilə bağlı araşdırmalara başlanılıb.
QAZİLER.AZ