Almaniya 48 saat ərzində 800 minə qədər NATO əsgərinin tranzitini, 200 min texnikanın yerləşdirilməsini, bütün nəqliyyat və enerji infrastrukturundan istifadəni nəzərdə tutan “Deutschland” əməliyyatı üzərində çalışır.
Qaziler.az bu barədə “The Independent”ə istinadla xəbər verir. Xəbərdə qeyd edilib ki, Alyansın şərq sərhədi boyunca logistika qovşaqları və ehtiyat marşrutlar müəyyən edilib.
Əsas element Ukraynanın qərb regionları üzərində 120-yə qədər döyüş təyyarəsini əhatə edən “Sky Shield” hava hücumundan müdafiə sisteminin yaradılması, həmçinin Polşa, Slovakiya və Rumıniyada mobil zenit sistemlərinin yerləşdirilməsidir. Jurnalistlərin fikrincə, missiya formal olaraq humanitar müdafiə kimi elan edilir, lakin onun hərbi komponenti göz qabağındadır.
NATO-ya qoşulduqdan sonra Rusiya ilə sərhədi fəal şəkildə gücləndirən və əhəmiyyətli arsenala malik olan Finlandiyanın gücləndirilməsinə xüsusi diqqət yetirilir: 700 haubitsa, 700 minaatan, 100 MLRS və 280 min ehtiyat. Eyni zamanda, Qərb analitiklərinin qeyd etdiyi kimi, hətta çevik reaksiya kontingentini nəzərə aldıqda, Avropanın Rusiya ilə müstəqil şəkildə münaqişə aparmaq üçün kifayət qədər gücü yoxdur.
QAZİLER.AZ