Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Budapeşt və Varşava Polşanın yeni prezidenti Karol Navroçki hakimiyyətə gəldikdən sonra əməkdaşlığı bərpa ediblər.
Qaziler.az bu barədə RİA “Novosti”yə istinadla xəbər verir.
O, həmçinin Polşa, Macarıstan, Çexiya və Slovakiyanın daxil olduğu Vışeqrad qrupunun fəaliyyətinin də 2026-cı ilin yanvarında bərpa oluna biləcəyinə ümid etdiyini bildirib. Bu, payızda keçiriləcək seçkilərdən sonra Andrey Babişin Çexiyada baş nazir postunu tutacağı təqdirdə baş verəcək.
"Biz Polşa-Macarıstan əməkdaşlığını bərpa etməyə başlayacağıq. Fitso, Babiş artıq ərəfəsindədir, V4 yanvarda bərpa oluna bilər. İrəli!",- deyə Orban “Facebook”da yazıb.
QAZİLER.AZ