“Rusiyanın bu məsələdə səsvermə hüququ yoxdur" - Rutte

“Rusiyanın bu məsələdə səsvermə hüququ yoxdur" - Rutte backend

NATO-nun baş katibi Mark Rutte bildirib ki, Ukrayna ərazisinə istənilən hərbi kontingentin göndərilməsi ilə bağlı səsvermə hüququ Moskvanın deyil, yalnız Kiyevin olmalıdır.

Qaziler.az xəbər verir ki, onun sözlərini “European Pravda” sitat gətirib.

Ona sual veriblər ki, əgər Rusiya heç vaxt buna razı olmayacaqsa, niyə hamı Ukraynaya sülhməramlıların göndərilməsini müzakirə edir?

"Ukraynada yerləşdiriləcək kiminsə qoşunları haqqında Rusiyanın nə düşündüyü bizi niyə maraqlandırmalıdır? Ukrayna suveren dövlətdir. Əgər Ukrayna təhlükəsizlik təminatları çərçivəsində qüvvələrin olmasını, sülhü qorumaq istəyirsə, bu, onların işidir. Bu barədə qərar vermək Rusiyanın səlahiyyətində deyil", - Rutte deyib.

QAZİLER.AZ