Qazaxıstanda yüksək vəzifəli məmurun saxlanması ilə bağlı xəbərlər təkzib edildi

Qazaxıstanda yüksək vəzifəli məmurun saxlanması ilə bağlı xəbərlər  təkzib edildi backend

Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva ölkənin xarici işlər naziri Murat Nurtleunun saxlanılması ilə bağlı xəbəri təkzib edib.

Qaziler.az xəbər verir ki, bu barədə o, “Facebook” səhifəsində paylaşım edib.

O xatırladıb ki, saxta məlumatların yayılması cinayət və inzibati məsuliyyətə səbəb ola bilər.

Balayeva yazır ki, bəzi rəsmi KİV və anonim Telegram kanalları dövlət qulluqçularının saxlanması ilə bağlı təsdiqlənməmiş məlumatlar yayırlar.

Qeyd edək ki, Murat Nurtleunun saxlanılması barədə Qazaxıstanın ORDA nəşri məlumat yayıb. Nəşr bildirib ki, nazirlə yanaşı, iş adamı Hacı Hacıyev və Milli Təhlükəsizlik Komitəsinin bir neçə əməkdaşı hüquq-mühafizə orqanlarının nəzarətindədir.

QAZİLER.AZ