"Zara" gizli şəkildə Rusiyaya geri qayıdır

"Zara" gizli şəkildə Rusiyaya geri qayıdır backend

"Zara" geyim və alt paltar brendi Rusiyada ticarət nişanını qeydiyyatdan keçirir.

Qaziler.az xəbər verir ki, bu barədə "SHOT PROVERKA" teleqram kanalı “Rospatent”ə istinadən xəbər verir.

Artıq “Zara” mağazalarının sahibi olan İspaniyanın Inditex şirkəti mavi fonda yeni loqo yaradıb.

Qeyd edilib ki, “Zara” 2022-ci ilin martında Rusiyadakı fəaliyyətini dayandırıb. Həmin ilin oktyabrında “Inditex” Rusiyadakı biznesini ərəb pərakəndə satış şirkəti “Daher Group”a satdığını elan etmişdi. “Zara” mağazalarının və digər “Inditex” brendlərinin əvəzinə “Maag” və “Dub” adlı yeni mağazalar açılmışdı.

QAZİLER.AZ