Özbəkistan Senatı məhkumlara təsdiq edilmiş siyahıdan oxuduqları hər kitaba görə həbs cəzasını üç gün azaltmağa imkan verən qanunu təsdiqləyib.
Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, bu barədə qanunverici orqanın saytında qeyd edilib.
Yeniliyin penitensiar müəssisələrdə cəza çəkən 13,5 mindən çox məhkuma şamil ediləcəyi gözlənilir. Qanun yalnız ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər istisna olmaqla, şərti olaraq azadlığa buraxıla bilən şəxslərə şamil edilir.
Müəyyən edilir ki, məhkum Respublika Mənəviyyat və Maarifçilik Mərkəzinin təsdiq etdiyi ədəbiyyat siyahısından məhkumlarda düzgün mənəvi-əxlaqi dəyərlərin formalaşdırılmasına yönəlmiş kitabları oxuduqda və həmin kitabların oxunma faktını Komissiyanın rəyi əsasında təsdiq etdikdə hər oxunmuş kitaba görə cəzanın çəkilmə müddəti üç gündən çox, il ərzində 30 gündən artıq olmamaq şərti ilə azaldıla bilər.
QAZİLER.AZ