Rusiya Prezidenti Vladimir Putin bu gün BMT Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüş keçirəcək. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib.
Qeyd edək ki, bir müddət öncə Türkiyənin hava məkanını pozan Rusiyanın S-24 təyyarəsi türk hərbçilər tərəfindən vurulub. Bundan sonra Rusiya ilə Türkiyə arasında münasibətlər gərginləşib. Rəsmi Ankara heç bir halda Moskvadan üzr istəməyəcəyini bildirib.