Portuqaliyada matəm elan edilib

Portuqaliyada matəm elan edilib backend

Portuqaliya hökuməti Lissabonda " Gloria" funikulyorunda baş vermiş qəza nəticəsində həlak olanların xatirəsinə bu gün milli matəm günü elan edib.

"Report" Portuqaliya mediasına istinadən xəbər verir ki, bu barədə ölkə Prezidenti Marselu Rebelu de Souza bildirib.

Bundan başqa, Lissabon meri Karluş Moedaş paytaxtda üç günlük matəm elan edib.

Qeyd edək ki, "Gloria" funikulyoru sentyabrın 3-də axşam saatlarında şəhərin mərkəzində relsdən çıxıb, nəticədə 15 nəfər həlak olub, 23 sərnişin xəsarət alıb, onlardan beşinin vəziyyəti ağırdır.

"Elevador da Gloria" funikulyoru Lissabonun mərkəzini Barriu-Altu rayonu ilə birləşdirir Funikulyor hər il 3 milyondan çox sərnişinə xidmət göstərir. XIX əsrdə açılan funikulyora 2002-ci ildə milli abidə statusu verilib.