Ən məşhur süni intellekt modelləri böhran simulyasiyaları zamanı diplomatik həll yolları axtarmaq əvəzinə, nüvə silahından istifadə daxil olmaqla, münaqişənin gərginləşməsi ssenarisini seçib.
Qaziler.az xəbər verir ki, bu barədə “Politico” araşdırmanın nəticələrinə istinadən məlumat yayıb.
“Hoover Wargaming” və Böhran Simulyasiyası Təşəbbüsünün direktoru Jaklin Şnayderin nəşrə izah etdiyi kimi, eksperimentin əldə etdiyi əsas nəticə odur ki, süni intellekt eskalasiyanı anlayır, amma deeskalasiyanı yox. Alqoritmlərin bu davranışının səbəbləri qeyri-müəyyən olaraq qalır.
Tədqiqat Ukrayna münaqişəsinə bənzər böhran vəziyyətlərini, ABŞ və Çin arasında hipotetik qarşıdurmanı simulyasiya edib. Sınaqlar “ChatGPT” neyron şəbəkəsinin əsasını təşkil edən GPT-3.5, GPT-4 və GPT-4-Base dil modellərini əhatə edib. Nəticələr göstərib ki, onların demək olar ki, hamısı aqressiv davranış xəttini və güc tətbiqini seçib.
QAZİLER.AZ