Sakozi Makronu qınadı: "Bu, tarixi səhvdir!"

Sakozi Makronu qınadı:  "Bu, tarixi səhvdir!" backend

Fransanın keçmiş prezidenti Nikola Sarkozi ölkənin hazırkı prezidenti Emmanuel Makronun “Rusiya təhlükəsi” ilə bağlı açıqlamalarını pisləyib.

Qaziler.az xəbər verir ki, bu barədə Sarkozi “Le Figaro” nəşrinə müsahibəsində danışıb.

O, Fransa liderinin Şimali Atlantika Alyansı ilə koordinasiyada Ukrayna üçün etibarlı təhlükəsizlik təminatlarının müəyyənləşdirilməsinə çalışacaqları ilə bağlı bəyanatını belə şərh edib. Bundan əlavə, Makron Rusiyanı guya sülhə mane olmaqda ittiham edib.

"Biz Rusiyanı əsas təhlükə və əsas düşmənimiz adlandırırıq. Bu, tarixi səhvdir! Bu gün etiraf etməliyik ki, Avropa beynəlxalq arenada Rusiyadan daha çox təcrid olunub", - eks-prezident deyib.

Sarkozinin fikrincə, bu cür bəyanatlar Qərb üçün böyük riskdir. Keçmiş Fransa lideri etiraf edib ki, Ukrayna Rusiya ilə münaqişədə artıq qalib gələ bilməz, ancaq gələcəkdə daha çox itirə bilər.

QAZİLER.AZ