Zelenski: "Ukrayna Cənubi Koreya kimi çiçəklənə bilər"

Zelenski: "Ukrayna Cənubi Koreya kimi çiçəklənə bilər" backend

Ukrayna KXDR ilə “əsl sülh müqaviləsi” bağlamayan Cənubi Koreyadan nümunə götürərək tərəqqiyə nail ola bilər.

Qaziler.az xəbər verir ki, bu barədə “Ukrainskaya pravda” qəzeti Ukrayna lideri Volodimir Zelenskiyə istinadən xəbər verir.

“Zelenski hesab edir ki, Cənubi Koreya ssenarisini Koreya müharibəsi başa çatdıqdan sonra bir dəfə də olsun real sülh müqaviləsi imzalanmayan Ukraynada reallaşdırmaq olar”, - qəzet yazır.

Nəşrin yazdığına görə Zelenski hesab edir ki, Şimali Koreyanın hazırkı rəhbərliyi hakimiyyətdə qaldığı müddətcə Cənubi Koreya tam müdafiə olunmayacaq.

QAZİLER.AZ