Hindistan çətin ki, Rusiya neftinin idxalını azaltsın - Kotvani

Hindistan çətin ki, Rusiya neftinin idxalını azaltsın - Kotvani backend

ABŞ-nin təzyiqlərinə baxmayaraq Hindistan çətin ki, Rusiya neftinin idxalını əhəmiyyətli dərəcədə azaltsın.

Qaziler.az xəbər verir ki, bunu RİA “Novosti”yə Hindistan Biznes Alyansının prezidenti Semmi Kotvani deyib.

"Biz sarsılmaz mövqeyimizi saxlayırıq ki, Rusiya neftinin alınması ölkənin maraqları naminə verilən suveren qərardır. Hindistanın 1,4 milyard insan üçün əlverişli enerjiyə və artan iqtisadiyyata ehtiyacı var", - deyə o bildirib.

Kotvani qeyd edib ki, Hindistan və Rusiya enerji ehtiyatlarının birgə işlənməsində maraqlıdır.

QAZİLER.AZ