Polşanın keçmiş prezidenti Anjey Duda jurnalist olmaq qərarına gəlib.
Qaziler.az xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində “Kanal Zero” internet kanalının yaradıcısı Kşiştof Stanovski məlumat verib.
"Özünü gizlətmədən məmnunluq hissi ilə elan edə bilərəm ki, “Kanał Zero”nun yeni müəllifi var. Prezident Anjey Duda 16 aktual mövzuda 16 buraxılış yazacaq", - Stanovski yazıb.
Onun sözlərinə görə, keçmiş Polşa liderinin müəllifi olduğu buraxılışlarda onlarla həmsöhbətlər və situasiyalar, xatirələr və aktual problemlərə baxışlar əks olunacaq.
“Kanał Zero” “YouTube”da yayımlanır. Kanalın Polşanın ən böyük müxalifət partiyası olan “Hüquq və Ədalət” partiyası ilə əlaqəli olduğu güman edilir.
QAZİLER.AZ