Tramp üç ölkənin liderlərindən danışıb

Tramp üç ölkənin liderlərindən danışıb backend

Tramp yaxın gələcəkdə Rusiya, Çin və KXDR liderləri ilə münasibətləri dəyərləndirməyi planlaşdırır

Qaziler.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində bildirib.

Tramp paylaşımında qeyd edib ki, bir-iki həftə ərzində Rusiya, Çin və KXDR liderləri Vladimir Putin, Si Cinpin və Kim Çen In ilə münasibətlərini dəyərləndirməyə ümid edir. O vurğulayıb ki, hər üç liderlə yaxşı münasibət saxlayır və tezliklə onların real dəyərləndirəcək.

“Hamısı ilə çox yaxşı münasibət saxlayıram. Yaxın bir-iki həftə ərzində onların nə qədər yaxşı olduğunu anlayacağıq”, - Tramp bildirib.

QAZİLER.AZ